Dövlət Xidməti də bu addımı atdı

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşlarının təşəbbüsü ilə ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsinə dəstək göstərilməsi qərara alınıb.

Dövlət xidmətindən SİA-ya bildiriblər ki, həmin məqsədlə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna işçilərin əmək haqları hesabından 20 min manat vəsait köçürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə