“Azərbaycan dünyası” Beynəlxalq jurnalının növbəti sayı Fəxrəddin Cavadova həsr olunacaq

“Azərbaycan dünyası” Beynəlxalq jurnalının növbəti sayı Fəxrəddin Cavadova həsr olunacaq
Bu gün "Azərbaycan dünyası" Beynəlxalq jurnalının və "Dədə Qorqud" Milli Fondunun Ağsaqqallar Şurasının qərarı ilə alim və həkim Fəxrəddin Cavadova həsr olunan xüsusi sayının təqdimatı ilə bağlı mətbuat konfransı keçirilib.

SİA-nın məlumatına görə, konfransda çıxış edən jurnalın baş redaktoru Eldar İsmayılov bildirib ki, artıq jurnal 13 ildir ki işıq üzü görür: "Bu dəfəki jurnalımızın xüsusi sayını qərara aldıq ki, F. Cavadova həsr edək. O, fəaliyyət göstərdiyi istənilən sahədə laqeyd olmayan, başqalarına xeyir verməkdən zövq alan insanlardan biri idi. Milli kadrların hazırlanmasında da Fəxrəddin Cavadovun böyük rolu olub. O, İstedadlı, gənc mütəxəssislər üçün müvafiq şəraitinin yaradılmasını təmin edib, eyni zamanda Avropanın, Türkiyənin, Rusiyanın aparıcı tibb ocaqları ilə təcrübə mübadiləsinə önəm verib".

Qeyd edək ki, aprelin 20-də keçiriləcək tədbirdə jurnalın xüsusi buraxılışı və F. Cavadovun ailəsinə tibb elminin inkişafındakı xidmətlərinə, göstərdiyi nailiyyətlərə görə "Qızıl ürək" ordeni (ölümündən sonra) veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə