Regional mədəniyyət idarələrindən 71 min manatlıq ianə

Mədəniyyət Nazirliyinin strukturuna daxil olan Sumqayıt, Xaçmaz, İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Gəncə, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Biləsuvar, Masallı, Lənkəran regional mədəniyyət idarələri Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

Mədəniyyət Nazirliyindən SİA-ya verilən məlumata görə, regional mədəniyyət idarələri tərəfindən ümumilikdə 71 000 manat məbləğində pul vəsaiti fonda köçürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə