Milli İncəsənət Muzeyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşları da bütün dünyada tüğyan edən koronavirus (COVID-19) pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması və vətəndaşlarımızın sağlamlığının qorunması naminə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səsləndirdiyi çağırışa qoşulublar.

Muzeydən SİA-ya bildirilib ki, mədəniyyət ocağı dövlət başçısının müvafiq fərmanı əsasında ölkəmizdə bu xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə