"Hər gün yoxluğunla mübarizə aparıb, acı çəkirəm" VİDEO

Bu yaxınlarda atası Xalq artisti Rafael Dadaşovu itərən müğənni Səidə hər kəsi göz yaşlarına qərq edib. SİA-nın məlumatına görə, ifaçı aktyorun ölümündən əvvəl verdiyi müsahibəsini sosial şəbəkədə yayımlayıb. O, paylaşımına bu sözləri yazıb: "Ata, hər gün yoxluğunla mübarizə aparıb, acı çəkirəm. Bu müsahibəni izlədikcə gözümdən yaşlar axıb, sel olur. Ata, xalq səni heç vaxt unutmayacaq. Qəlbimizdə elə taxt qurmusan ki, səni heç kim əvəz edə bilməz. Babam Məlik Dadaşov da bu vaxta kimi unudulmayıb. Sən də həmçinin...

Bütün məşhur insanların hamısı mənə zəng edərək, baş sağlığı verirlər. Sənin ölmünü hələ də qəbul edə bilmirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə