Aprel döyüşlərindən bəhs edilən filmin çəkilişlərinə başlanılıb

İctimai Televiziya və Radio Yayımları Şirkəti 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş döyüşlərə həsr olunan filmin çəkilişlərinə başlayıb.

İTV-dən SİA-ya bildiriblər ki, filmin treylerinin yaxın günlərdə yayımlanacağı gözlənilir.

Hazırda bəzi kadrları hazır olan ekran işi haqqında ətraflı məlumat ictimaiyyətə yaxın günlərdə açıqlanacaq.

Məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin, əsgər və zabitlərinin göstərdiyi şücaət əsasında ssenariləşdirilən "4 gün" adlı ekran işinin çəkilişləri döyüşlərin reallaşdığı ərazilərdə aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə