Ötən gün Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-dramaturq Fuad Babanlı vəfat edib. Bu barədə SİA-ya Azərbaycan Yazıçılar Birliyindən xəbər verilib.
Fuad Babanlı doğulduğu Qazax şəhərində dəfn edilib.
Qeyd edək ki, Fuad Babanlı 17 aprel 1945-ci ildə Qazax şəhərində müəllim ailəsində anadan olub. 1951-1961-ci illərdə Qazaxda orta məktəbdə oxuyub. 1971-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. İxtisasca mühəndis olan şair müxtəlif vəzifələrdə çalışıb. İki oğlu, dörd nəvəsi var. Oğullarından biri tanınmış azərbaycanlı ovçu Faiq Babanlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB