Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın qərarı və Mədəniyyət Nazirliyinin əmrinə əsasən, dünya miqyasında genişlənən koronavirus (COVID-19) pandemiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər görülməkdədir.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən SİA-ya bildirilib ki, bununla əlaqədar idarənin Qala qəsəbə klubunda koronavirus əleyhinə dezinfeksiya tədbirləri görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə