Fidan Hacıyeva: “Karmen kimi hər dəfə səhnəyə çıxmaq mənim üçün ən möhtəşəm bayramdır” - AÇIQLAMA
Azərbaycanın əməkdar artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva aprelin 17-də yenidən "Karmen" operasında əsas partiya ilə səhnəyə çıxacaq. Bu barədə SİA-ya F.Hacıyeva açıqlamasında bildirib.
Hər dəfə Karmen obrazını ifa edəndə özünü dünyanın ən xoşbəxt insanı saydığını deyən əməkdar artist: "Karmen kimi hər dəfə səhnəyə çıxmaq mənim üçün ən möhtəşəm bayramdır. Budəfəki çıxışıma da ciddi hazırlaşıram və tamaşaçılara unudulmaz gecə vəd edirəm",- deyə əlavə edib.
İfaçı bildirib ki, artıq hazırlıqlara başlanıb, məşqlər gedir və artıq afişalar paytaxtın mərkəzi küçələrinə vurulub.
Jorj Bizenin "Karmen" operası professor ötən il olduğu kimi bu dəfə də Hüseyn Əliyevin quruluşunda hazırlanır. Həmin gün operanı Azərbaycanın xalq artisti, dirijor Cavanşir Cəfərov idarə edəcək. Azərbaycan səhnəsinin Karmeni Fidan Hacıyeva indidən həyəcanlanmağa başladığını dilə gətirib: "Hər dəfə səhnəyə çıxdıqda çox həyəcanlanıram. Bu, olduqca böyük məsuliyyətdir. Ancaq bu məsuliyyətin öhdəsindən gəlməyə çalışacağam. Bilirəm ki, tamaşaçılarımız Karmen üçün çox darıxıb. Bunu hiss edib, onlar üçün bu sürprizi etmək istədim. Karmeni sevən hər tamaşaçını həmin gün zalda görmək arzusundayam".
F. Hacıyeva həmçinin onu da qeyd edib ki, "Karmen" operası ilə bir növ yaradıcılığına yenidən start verəcək. Belə ki, sənətçi "Karmen"in nümayişindən sonra daha bir neçə opera və yeniliklərlə tamaşaçıların görüşünə gələcək.
Qeyd edək ki, aprelin 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində nümayiş etdiriləcək "Karmen" operasının biletlərinin qiyməti 20-30 manat arasında satışa çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB