Rafael Dadaşovla vida mərasimi keçirilməyəcək

Rafael Dadaşovla vida mərasimi keçirilməyəcək

74 yaşında dünyasını dəyişən Xalq artisti Rafael Dadaşovla vida mərasimi keçirilməyəcək. SİA-nın məlumatına görə, buna səbəb hazırda koronavirusla əlaqədar teatrların fəaliyyətinə müvəqqəti fasilə verilməsidir.

Qeyd edilib ki, R.Dadaşovla vidalaşmaq istəyənlər sabah II Fəxri xiyabana gələ bilərlər. Aktyorun nəşi saat 14:00-da yaşadığı evindən götürüləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə