Britaniyalı aktyor İdris Elba koronavirusa yoluxub

Britaniyalı aktyor İdris Elba koronavirusa yoluxub

Britaniyalı aktyor İdris Elbanın koronavirus testinin cavabı müsbət olub. SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə aktyor Twitter səhifəsində bildirib.

"Bu gün səhər COVID-19 üçün testdən keçdim, cavab pozitiv oldu. Lakin özümü yaxşı hiss edirəm", - deyən Elba narahatlığa heç bir səbəb olmadığını yazıb.

Qeyd edək ki, İdris Elba 1972-ci ildə Londonda anadan olub. Aktyorluq karyerasına televiziyada başlayıb. 1990-cı illərdə Elba filmlərə çəkilməyə başlayıb. 2011-ci ildə "Tor" filmindəki aldığı rol ona populyarlıq qazandırıb.

Sonralar "Rock and Roll", "Sakit okean xətti", "Böyük oyun" filmləri də Elbaya şöhrət gətirib. 2012-ci ildə Elba çox hissəli detektiv janrda çəkilən “Lüter” filmindəki roluna görə "Mini-serialda və ya televiziya filmindəki ən yaxşı aktyor" kateqoriyasında Qızıl Qlobus Mükafatına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə