Ukrayna mənşəli tanınmış Fransa aktrisası Olqa Kurilenko koronavirusa yoluxub. SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə aktrisa özünün "Instagram" səhifəsində məlumat paylaşıb.
"Koronavirus diaqnozu ilə evdə izolyasiya şəraitində oturmuşam. Artıq bir həftədir xəstələnmişəm. Hərarət və zəiflik – mənim əsas simptomlarımdır. Ehtiyatlı olun və bunu ciddiyə alın!", - aktrisa belə yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB