“Mən səni sevirəm!”- FOTO

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aprel ayının 15-də tanınmış dramaturq Əli Əmirlinin M.S.S. – "Mən səni sevirəm" adlı pyesi əsasında eyniadlı iki hissəli lirik komediyasına ictimai baxış keçiriləcək. Bu barədə SİA-ya teatrın mətbuat xidmətindən məlumat verilib.

Qabaqcıl maarif xadimi, əməkdar müəllimi Bilqeyis Məmmədovanın xatirəsinə ithaf olunan tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Tair Tairov, bəstəkarı Firudin Allahverdidir.

Tamaşada əsas obrazları əməkdar artistlər Qəmər Məmmədova, Leyli Vəliyeva, Lətifə Əliyeva, Kubra Dadaşova, aktyorlar Almaz Mustafayeva, Kəmalə Hüseynova, Mehriban Abdullayeva, Eşqin Quliyev, Günel Məmmədova, Elşən Çarhanlı, Sərvər Əliyev, Asya Atakişiyeva, Elnur Hüseynov və başqaları ifa edirlər.

Qeyd edək ki, tamaşanın premyeraları aprel ayının 22-i və may ayının 7-də baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə