Öz istedadı, bacarığı ilə ad qazanmış el sənətkarı - Rauf Abdullayev

Öz istedadı, bacarığı ilə ad qazanmış el sənətkarı - Rauf Abdullayev

Müasir, müstəqil dövlətçilik tariximizdə əbədiyaşar bənzərsiz dünyəvi siyasi xadim Heydər Əliyev siyasətinin davamı olaraq prezident cənab İlham Əliyevin gündəlik diqqət və qayğısı ilə, onun tapşırıqlarına uyğun olaraq regionların abadlaşdırılması, quruculuq işlərinin həyata keçirilməsində peşəkar, ustad sənətkarlarımızın da zəhməti inkar edilməzdir.

Gədəbəy rayonunda şəkilmiş bu foto şəkillər də onun əl işlərinin göstəricisidir.

Belə sənətkarlardan biri də, sözün əsl mənasında XXI əsrin memar Əcəmisi adı ilə çağrılan və onun davamçısı hesab edilən tovuzlu Rauf ustadır.

Ustad sənətkarlarımız regionun abadlaşdırılmasından, quruculuq işlərindən daha da ruhlanaraq, öz peşəsinin vurğunu olaraq rayonlarda inşa edilən binaların, mərasim evlərinin, parkların, küçələrin, evlərin daşlarla bəzədilməsində, döşədilməsində metlak, kafellərin düzülüşlərində, kraska, əhəngdən səmərəli istifadə edilməsində qədimi sənətkarlıq nümunələri ilə müasirliyimizin vəhdətini birləşdirərək, sanki yeni bir sənət əsəri yaradır.

Ustad sənətkarlarımız Rauf Abdullayev memar Əcəmi yaradıcılığından, yəni onun miras qoyduğu və xalqımızın qədim memarlıq tarixini zənginləşdirən tarixi əsərlərindən, əl işlərindən bəhrələnərək, özünün əl işləri ilə yaratdığı hər bir insanı heyran edən sənət əsərləri ilə hamını, o cümlədən, üç ildən çox bir vaxtda abadlıq, quruculuq işlərində fəal iştirak etdiyi Gədəbəy rayonunda daha çox bəyənilmişdir. Mən də Rauf ustanın Gədəbəy rayonunun abadlaşdırılmasında usta kimi fəal iştirakının hələ 2016-cı ilin əvvəllərindən 2018-ci ilin axırlarınadək canlı şahidi olaraq və onun özünün və qeyd etdiyi və təsdiq etdiyi kimi, həmin illərdə, yəni 2016-2018-ci illərdə rayon rəhbərliyinin onun işinə verdiyi qiymətin nəticəsi olaraq Gədəbəy şəhərinin ərazisində aparılan quruculuq, abadlıq işlərində onun yaradıcılığından, əl işlərindən, intizamından, vətənpərvərliyindən səmərəli istifadə edilib.

Ustad sənətkarlarımızın əl işləri ilə bir daha tanış olmaq üçün onunla məsləhətləşib 9 mart 2020-ci il tarixdə onunla birlikdə Gədəbəy şəhərinə getdik. Gədəbəy şəhərində, mədəniyyət və istirahət parkında istirahət edən gənclər, təqaüdçülər Rauf ustanı gördükdə hamı ona bu cür gözəl parkın abadlaşdırılmasında xidmətinə görə “çox sağ ol” deyirlər.

Təsadüfi deyil ki, Rauf ustanın sənətinə verilən qiymətin nəticəsidir ki, onu Tovuzdan Gədəbəyə, Göygölə işə dəvət edirlər. Ustad sənətkarlarımız Rauf Abdullayevdən Gədəbəy şəhərində Şəhidlər Xiyabanında, şəhər mədəniyyət və istirahət parkında, mərasim evində, mərkəzi küçələrdə, təhsil, sahibkarlıq və yaşayış evlərində ondan müsahibə aldım.

Rauf usta qeyd etdi ki, “təvazökarlıqdan uzaq da olsa, mən hələ lap uşaqlıq, gənclik illərindən prezidentimizin siyasətinə dəstək verərək rayonlarda aparılan quruculuq işlərində bəzək ustası olaraq iştirak etməyi özümə borc hesab etmişəm. Mən həmişə qədim ustaların, memarların, o cümlədən, memar Əcəminin sənət əsərləri ilə, onun əl işləri ilə tanış olurdum və tarixi sənət əsərlərindən abidələrin daxili və xarici görkəmini bəzəyən bəzək daşları, naxışları, cizgilərlə və s. tanış olurdum və çalışırdım ki, öz əl işlərimdə bəzək daşlarının, kafellərin, metlakların döşənməsində, düzlüşündə onların üsullarından istifadə edim.

Beləliklə də, mən Tovuz rayonunda get-gedə püxtələşərək tanınmış daş ustalarından, bəzək ustasından, tikinti-təmir, kraska, istilik sistemlərinin və s. quraşdırılması ustalartından birinə çevrildim. Mən rayonumuzun bir çox kəndlərində, evlərdə, bir çox sahibkarlıq obyektlərinin təmir işləri ilə, o cümlədən Xatılı kəndində hörmətli el ağsaqqalı Məzahir Bayramovun evinin, ona məxsus obyektlərin bəzədilməsində, təmir rdilməsində üç aya yaxın işlmişəm və Məzahir Bayramovun mənim əl şlərimə, bəzəkli daşlar düzməyimə, bir sözlə sənətimə verdiyi qiymətin və yaratdığı şəraitin təbliğatın nəticəsidir ki, məni, qeyd etdiyim kimi, bura rayonumuzdan 90-100 km məsafədə uzaqda yerləşən Gədəbəy rayonuna, Göygöl rayonuna işə dəvət etdilər.

Mən 2016-cı ildən 2019-cu ilin əvvəllərinədək Gədəbəy şəhərində Şahnazarov Məlik Mikayıl oğlunun evində, zapravkanın qarşısında yerləşən, gördüyünüz bu qonaq evində və bşqa evlərdə qalmqla, gecələr gecələməklə 2016-cı ildən 2019-cu ilin əvvəllərinədək yaşamaqla rayonun, şəhərin aabadlaşdırılmasında çox böyük əmək sərf etmişəm. Mən evimdən, ailəmdən belə ayrı, çox-çox uzaqlarda Gədəbəy şəhərində yaşasam da, şəhər ərazisində gördüyüm bəzək işləri, təmir işləri məni daha da ruhlandırırdı.

Mən 2016-2019-cu illərdə gördüyünüz bu mədəniyyət və istirahət parkını, Şəhidlər Xiyabanını, mərasim evini, mərkəzi küçə və meydançaların mənim sənətimə qiymət verən ayrı-ayrı şəxslərin, o cümlədən, Slavyanka kəndində Məhərrəm müəllimin, Zahid həkimin və digər şəxslərin evlərinin bəzədilməsi, həyətlərinin bəzək daşları ilə bəzədilməsi, təmir edilməsi, kraskalanması ilə məşğul olmuşam. Usta kimi haqqımı ödəməklə yanaşı gecə-gündüz yorulmaq bilmədən işlədiyimə görə, mənim rahat istirahət etməyim üçün, haqqı həmin şəxslər tərəfindən ödənilməklə gecələr gecələmək üçün məni yaşayış evində, qonaq evlərində gecələmək üçün, yaşamaq üçün, qalmaq üçün məni evlərlə təmin edirdilər, yeməyimi verirdilər. 2019-cu ilin ortalarında isə məni Göygöl rayonuna işə dəvət ediblər. Topal Həsənli kəndində Məhərrəm müəllimin obyektlərində təmir işləri ilə məşğul olmuşam və məni onlarda gecələr gecələmək üçün obyektdə yataq yeri, qalmaq yeri təşkil etmişdilər. Bu foto şəkillərdə qalmaq yeri təşkil əks etdirir, Gədəbəyin mənzərəsi mənim əl işlərimi özündə əks etdirir. Onlar məni yenidən Göygöl rayonuna işə dəvət ediblər”.

Mən də, mətbuat nümayəndəsi olaraq, Gədəbəy rayonunda olarkən 2016-2019-cu illərdə Gədəbəy rayonunun ərazisində quruculuq, abadlıq, tikinti-təmir işlərinin vəziyyəti barəsində məqalələr yazarkən. Rayonun Şəhidlər Xiyabanında, mədəniyyət və istirahət parklarında, Heydər Əliyev parkında, mərasim evində, küçə və meydanlarda, Heydər Əliyev prospektində, Mir Cəlal Paşayev küçəsində və s.yerlərdə aparılan abadlıq işlərində Rauf ustanın həqiqətən memar Əcəmi sənətini, memarlıq üslübunu nə dərəcədə mənimsədiyinin və Gədəbəyin gözəlləşməsində tətbiq etməsini, gecə-gündüz yorulmaq bilmədən zəhmətə qatllaşmasının, can yandırmasının canlı şahidi olmuşam!

Ustad sənətkarımız, memar Əcəmi yolunun davamçısı Rauf ustaya işlərində uğurlar, can sağlığı arzu edirik. Onun sənət aləmində tanınmasına, ona himayədarlıq etdiklərinə, ona münbit şərait yaratdıqlarına görə el ağsaqqalı hörmətli Məzahir Bayramova, gənc və istedadlı vətənpərvər ziyalı Nihat Pənahova minnətdarlığımı bildirirəm.

Fürsətdən istifadə edərək onların Novruz bayramlarını təbrik edirəm.

Dəmir QURBANLI,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

“Azad Azərbaycan” qəzetinin şöbə müdiri

Bütün xəbərlər Facebook səhifəmizdə