Azərbaycan və İraq arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb

Azərbaycan və İraq arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb
Bu gün Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun çərçivəsində Azərbaycan və İraq arasında ikitərəfli mədəniyyət sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. SİA-nın məlumatına görə, imzalanma mərasimində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və İraqın mədəniyyət nazirinin müavini Tahir Nasir Mahmud Əl-Hamud iştirak edib.

Nazir Ə.Qarayev çıxışında bildirib ki, İraqla Azərbaycan arasında tarixən sıx dostluq əlaqələri mövcud olub: "Hesab edirəm ki, bu müqaviləni imzalamaqla dostluq əlaqələrimizin daha da geniş inkişaf etnəsinə şərait yaradacağıq".

Daha sonra çıxış edən İraqın mədəniyyət nazirinin müavini Tahir Nasir Mahmud Əl-Hamud vurğulayıb ki, bu müqavilənin məhz Bakıda ilk dəfə keçirilən forum çərçivəsində baş tutması çox sevindirici haldır. Onu da qeyd edim ki, bu saziş mədəni əlaqlərin inkişafı sahəsində baş tutub. Baxmayaraq ki, Bakıda ilk dəfə olurdum, ancaq sizin şəhər haqqında çox gözəl təəssüratlara sahibəm".

Tədbirin sonunda İraqın nümayəndələri Əbülfəs Qarayevə xalça təqdim ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə