Murad Dadaşov “Xəzər” TV-dən danışdı VİDEO

Murad Dadaşov “Xəzər” TV-dən danışdı VİDEO

Ötən gün “Xəzər” TV-yə rəhbər təyin edilən Xalq artisti Murad Dadaşov heyətə təqdim olunub. SİA-nın məlumatına görə, bu barədə “Xəzər xəbər”də sujet yayımlanıb.

Murad Dadaşov çıxışında bildirib ki, “Xəzər” televiziyasının uğurlarının daha da artırılması üçün kollektivlə birlikdə bütün səylər ortaya qoyulacaq: “Hamımız başa düşürük ki, medianın inkişafında, qurulmasında, auditoriya qazanmaqda sərhəd yoxdur. Burada əyləşən tanınmış simalar, kadrarxasında əyləşən insanlar var. Kifayət qədər uğur qazanıblar. Bu gün “Xəzər” TV-nin kifayət qədər auditoriyası var”.

Sonda Murad Dadaşov bundan sonrakı işlər üçün kollektivə tövsiyyələrini verib.

Qeyd edək ki, “Xəzər” TV ötən gündən etibarən “SOCAR Media” İctimai Birliyinin tərkibinə keçib. M.Dadaşovu kollektivə SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov təqdim edib.

Kanalın bundan öncəki prezidenti Şamxal Həsənov isə vəzifəsindən ötən gün azad edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə