Əbülfəs Qarayev İtaliyanın Çerveteri şəhərinin meri Cino Çioqli ilə görüşüb

Əbülfəs Qarayev İtaliyanın Çerveteri şəhərinin meri Cino Çioqli ilə görüşüb
Bu gün Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İtaliyanın Çerveteri şəhərinin meri Cino Çioqli ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə hər iki ölkənin istər mədəni həyatında, istərsə də turizm sahəsində baş verən yeniliklər haqqında müzakirələr aparılıb.

İtaliyanın Çerveteri şəhərinin meri Cino Çioqli görüşdə bildirib ki, Azərbaycanda belə bir forumun keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Bütün xəbərlər Facebook səhifəmizdə