Azərbaycan və Bolqarıstan mədəniyyət nazirləri arasında ikitərəfli əməkdaşlığa dair müqavilə imzalanıb
Bu gün Azərbaycanda ilk dəfə həyata keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan və Bolqarıstan mədəniyyət nazirləri arasında ikitərəfli əməkdaşlığa dair müqavilə imzalanıb. SİA-nın məlıumatına görə, imzalanma mərasimində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Bolqarıstanın mədəniyyət naziri Vejdi Rəşidov iştirak ediblər.
Nazir Ə. Qarayev öz çıxışında bildirib ki, forum daxilində artıq bir neçə ölkələrin mədəniyyət nazirləri ilə ikitərəfli sazişlər imzalanıb: "Bugünki Bolqarıstanla imzalanan saziş isə bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Bu ölkə ilə Azərbaycan arasında həm tarixi münasibətlər, həm də mədəniyyət əlaqələri mövcuddur. Hesab edirəm ki, bu müqaviləni imzalamaqla gələcəkdə iki ölkə arasında olan mədəniyyət mübadiləsini daha da genişləndirəcəyik. Bununla yanaşı, hər iki ölkədə həyata keçiriləcək tədbirlərin keyfiyyətində və kəmiyyətində də irəliləyiş olacaq".
Daha sonra Bolqarıstanın mədəniyyət naziri Vejdi Rəşidov vurğulayıb ki, belə bir müqavilənin Azərbaycanda imzalanması təqdirəlayiq hal kimi qiymətləndirilməlidir: "Baxmayaraq ki, Azərbaycana ilk dəfədir, gəlirəm, ancaq inanıram ki, bundan sonra da əlaqələrimiz daha inkişaf edəcək".
Sonda isə hər iki ölkə arasında ikitərəfli əməkdaşlığa dair müqavilə imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB