Şəkidə “Novruz təranələri” adlı baxış-müsabiqə keçirilir FOTOLAR

Şəkidə “Novruz təranələri” adlı baxış-müsabiqə keçirilir FOTOLAR

M.F.Axundzadə adına Şəki Şəhər Mədəniyyət Mərkəzində “Novruz təranələri” adlı baxış-müsabiqəyə start verilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, müsabiqədə rayonda fəaliyyət göstərən mədəniyyət və təhsil müəssisələrinin bədii özfaliyyət və folklor kollektivləri, yeniyetmə və gənc ifaçılar iştirak edirlər.

1978-ci ildən etibarən ənənəvi olaraq hər il keçirilən bu müsabiqə yeniyetmə və gənc istedadların üzə çıxarılması və inkişaf etdirilməsi məqsədi daşıyır. Kollektivlərin çıxışları peşəkar mütəxəssislərin daxil olduğu münsiflər heyəti tərəfindən qiymətləndirilir.

Baxış-müsabiqə martın 12-dək davam edəcək. Müsabiqədə fərqlənənlər mükafatlandırılacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə