“Mənim” tamaşası nümayiş olunub

“Mənim” tamaşası nümayiş olunub

“Human” teatrının “Mənim” tamaşası Şuşa Dövlət Musiqili Teatrının səhnəsində nümayiş olunub. SİA-nın məlumatına görə, pantomim üslubda hazırlanmış “Mənim” psixoplastik tamaşası səfil bir insanın həyat tərzindən bəhs edir.

Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Pərviz Məmmədrzayevdir. Aktyorlar Xalq artisti Pərviz Məmmədrzayev və Elgün Həmidovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə