"Virus İçərişəhərə olan turist axınına heç bir təsir göstərməyəcək”
Koronavirusla bağlı İçərişəhərə turist axınında heç bir dəyişiklik hiss etməmişik. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin Aparat rəhbəri Riyad Qasımov deyib.
Qeyd edib ki, koronavirusun ölkədə yayılmasının qarşısının alınması məqsədilə dövlət səviyyəsində müxtəlif tədbirlər görülür: “Ümid edirik ki, görülən tədbirlər nəticəsində virus İçərişəhərə olan turist axınına heç bir təsir göstərməyəcək”.
Aparat rəhbəri Novruz bayramı tədbirlərinin ötən il olduğu kimi bu il də martın 19-dan 29-dək davam edəcəyini vurğulayıb: "Kütləvi tədbirlərin keçirilməsinə hələ ki heç bir məhdudiyyət qoyulmayıb. Bildiyiniz kimi Novruz bayramında İrandan da ölkəmizə turist axını olur. İçərişəhər qapalı məkan olmadığı üçün turistlərin axınının qarşısını almaq mümkünsüzdür. Lakin biz çalışacağıq ki, İçərişəhərdə turistlərlə bağlı hər hansı bir şübhəli məqam olduqda əməkdaşlarımız tərəfindən dərhal müvafiq dövlət qurumlarına məlumat verilsin".
Aparat rəhbəri İçərişəhər DTMQİ-nin tabeliyində olan muzeylərdə dezinfeksiya işlərinin daim aparıldığını qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB