Bu il "Planeta "Parni iz Baku" teatrının on yaşı tamam olur. Aprelin 14, 15 və 16-da Heydər Əliyev sarayında keçiriləcək "Planeta "Parni iz Baku" KVN teatrının yubiley konsertlərinə hazırlaşır aktyor Bəhram Bağırzadə SİA-ya açıqlama verib: "Mən özümü keçmiş KVN-çi hesab edirəm, hərçənd ki, keçmiş olmur. Mən aparıcı aktyor olmuşam. İndi elə deyiləm, bəlkə də təəssüf, bəlkə də xoşbəxtlikdən. Tezliklə qırx illiyimdir, qırx yaşında isə KVN-də oynamırlar. Mən KVN-də yubandım. Mən teatrın sıravi aktyoruyam, çox sağ olsun Tahir İmanov ki, məni unutmur və hər il tamaşalara dəvət edir. Onlar mənə böyük rollar verirlər, lakin mən onlardan imtina edirəm. Allaha şükür, yaddaşsızlıqdan əziyyət çəkmirəm və sözləri yadda saxlayıram. Mənim teatrla yanaşı çoxlu işlərim var. Nəşriyyat fəaliyyəti ilə məşğulam, şirkətlərdən birində PR-menecerəm. Ona görə də mən kiçik rollar xahiş edirəm. Tamaşaçıların gördükləri üç saatdır, lakin axı bütün bunların arxasında böyük məşqlər durur. Mən fiziki cəhətdən onların öhdəsindən gəlmirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB