Mədəniyyət Baş İdarəsinin məktəblərdə tədris, təlim-tərbiyə prosesi təxirə salınıb
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ölkə ərazisində koronavirus (COVİD - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın verdiyi qərara və Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən martın 3-dən 9-dək Baş İdarənin tabeliyində olan bütün uşaq musiqi və incəsənət məktəblərində tədris, təlim-tərbiyə prosesinin dayandırılması və bununla bağlı bütün tədbirlərin təxirə salınması haqqında qərar qəbul edib.
İdarədən SİA-ya bildirilib ki, bu müddət ərzində bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB