Xalça Muzeyində növbəti mühazirə

Xalça Muzeyində növbəti mühazirə

Martın 7-də Azərbaycan Milli Xalça Muzeyində “Zərgərlik məmulatları” kolleksiyasına yeni daxil olan Qacarlar dövrünə xas üslubda, yüksək bədii zövqlə hazırlanan XIX əsrə aid asma bəzəklərin tarixinə dair mühazirə keçiriləcək.

Muzeydən SİA-ya bildirilib ki, “Bir eksponatın tarixi” layihəsi çərçivəsində reallaşan mühazirə muzeyin elmi-tədqiqat və milli irsin qorunub saxlanılması şöbəsinin müdiri Aytən Əhmədova tərəfindən Azərbaycan dilində təqdim olunacaq.

Mühazirəyə hər kəs qatıla bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə