Heydər Əliyev Sarayında “Küləyin nağılı” FOTO

Heydər Əliyev Sarayında “Küləyin nağılı” FOTO
Bu gün Heydər Əliyev Sarayında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun çərçivəsində Azərbaycan və litvalı əməkdaşların iştirakı ilə "Küləyin nağılı" tamaşası anşlaqla qarşılanıb. SİA-nın məlumatına görə, tamaşanı izləyənlər arasında səfirlərlə yanaşı, həmçinin bir çox ölkələrin mədəniyyət və incəsənət xadimləri iştirak edibllər.

Tamaşa 3 hissəni əhatə edib. Belə ki, I hissə: mücərrəd sürrealist fikirlərdən ibarətdir- Dünya Yaranır. Burada, folklor elementleri ilə uzlaşan müasir rəqs və video kadrlar seyr edilib və musiqi dinlənilib. Bu hissədə, zülmətdən azadlığa çıxan, ağ və pak səmaya qalxan külək qaranlıqdan, oddan, sudan, havadan və torpaqdan həyatı yaradıb. Yaz və həyatın başlanmasının rəmzi olan litvalı müğənni oğlan illuzionist nömrəsi ilə çıxış edərək ən xoş və səmimi arzuları ilə həyat rəmzi olan saysız- hesabsız ağ qar dənələrini havaya buraxıb.

İkinci hissə: Dünya canlanır. Dünya mədəniyyətləri, onların xüsusi cəhət və ənənələrini nümayiş etdirən Azərbaycanın ən yaxşı rəqs qrupları- Dövlət Rəqs Ansamblı, Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Pantomima Teatrı, Bakı Xoreoqrafiya Məktəbi və litvalı rəqqas və müğənnilər tərəfindən təqdim olunub. Həmin qruplar digər mədəniyyətlərə hörmətlə yanaşmaq məharətini göstərib və rəqs dili ilə həmin gözəl adət- ənənələri tamaşaçılara çatdırıblar.

Üçüncü hissə: Sülhsevər dünya. Pyesin başlanğıcında Azərbaycan küləyi bütün dünyanı dolaşır və bizlərə öz gözəl və ədalətli tarixini söyləyir. Sonda külək, qonaqlara birgə oxunan mahnı ilə öz vətəni- Azərbaycana qayıdır. Külək gözəllik, məhəbbət, səmimilik, adınlıq və sadiqliklə dolu vətənə qayıdır.

Məlumat üçün bildirək ki, tamaşanın ideya müəllifləri Litvadan Eqmontas Bjeskas, Azərbaycandan isə Təranə Muradova və Rəşad Həşimovdur. Tamaşada Veronika Povilioniene (Litvanın xalq müğənnisi), İlja Aksyonov (Litva müğənnisi), Dövlət Rəqs Ansamblının rəqqasları, Azərbaycan vokal və instrumental ansamblı "Rast" və başqaları iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə