Növbəti təlim kursları başa çatıb FOTO

Respublikada fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin istifadəsində olan fortepiano və royal alətlərinin köklənməsi və nizama salınması, təmir işlərinin aparılması üçün mütəxəssislərin peşə ixtisaslarının artırılması, təkmilləşdirilməsi Mədəniyyət Nazirliyinin daim diqqət mərkəzindədir. SİA-nın məlumatına görə, Nazirliyin təşəbbüsü ilə bu il fevralın 17-dən 28-dək Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında fortepiano və royal alətinin təmiri, köklənməsi və nizamlanması üzrə təlim kursları keçirilib. Kurslarda Bakı, Sumqayıt, Cəbrayıl, Kürdəmir, Sabirabad şəhər və Şuşa, Füzuli rayon uşaq musiqi və incəsənət məktəblərinin müəllim-kökləyicilər iştirak ediblər.

Təlimdə dinləyicilər fortepiano və royalın tarixi və hissələri haqqında, fortepiano və royalın mexanikası ilə tanışlıq, mexanikanın nizamlanması və təmiri metodu, çəkiclərin şlifovkası və təmiri, pedalların təmiri və nizamlanması ilə bağlı bilik və bacarıqlar əldə ediblər. Təlimlər kurs kuratoru Abbas Kərimov tərəfindən aparılıb. Həmçinin təlimlərdə yekun olaraq, əsasən tətbiqi biliklərə üstünlük verməklə yanaşı, dinləyicilərin bilik və bacarıqları qiymətləndirilib.

Mədəniyyət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə təşkil olunan təlimlərdə, əsasən tətbiqi biliklərə üstünlük verməklə yanaşı, dinləyicilərin bilik və bacarıqlarının qiymətləndirilməsində də kreativ yanaşmalar tətbiq olunur.

Təlimləri bitirən dinləyicilərə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin şöbə müdiri Sevil Ələkbərova, təlim-tədris şöbəsinin metodisti Kəmalə Şahverdiyeva tərəfindən beynəlxalq standartlara cavab verən sertifikatlar təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...