Emin Musəvi və Bəhram Bağırzadə bir arada FOTOLAR

“ASAN radio”nun dəstəyi ilə böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin xatirəsinə həsr olunmuş yeni layihə hazırlanıb. SİA-nın məlumatına görə, layihənin rəhbəri “ASAN radio”nun direktoru Emin Musəvi, ideya müəllifi isə Əməkdar artist Bəhram Bağırzadədir.

Videoda H.Z.Tağıyevin həyat yolundan ən vacib və nümunəvi məqamlardan birinə yer verilib. Böyük xeyriyyəçinin Azərbaycanın savadlı gələcəyi naminə xidmətlərinə nəzər yetirilib.

Layihənin ərsəyə gəlməsinə Milli Azərbaycan Tarixi Muzeyi dəstək göstərib.

Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2019-cu ilin martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə aktyor Bəhram Bağırzadə Bakı şəhərində Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılmasını təklif etmişdi. Dövlət başçısı təklifi bəyənərək, dərhal tapşırıq verdi. Beləliklə, böyük azərbaycanlı, xeyriyyəçi H.Z.Tağıyevin heykəli tezliklə paytaxtın mərkəzində ucaldılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...