Qobustan qoruğunda Hindistanın tarixi abidələrinə həsr edilmiş fotosərgi açılacaq

Fevralın 29-da Qobustan Milli Tarix- Bədii Qoruğunda “Qobustanda Hindistan mədəni irsinin inciləri” adlı tədbir keçiriləcək. Qoruqdan SİA-ya bildirilib ki, Qobustan Milli Tarix-Bədii Qoruğunun və Hindistanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə təşkil olunacaq tədbir çərçivəsində Hindistanın tarixi abidələrini əks etdirən fotosərgi nümayiş olunacaq.

Tədbir iştirakçıları Hindistanın mədəni irs nümunələrinin canlı şahidi olmaqla yanaşı, zəngin təqdimat proqramı ilə də tanış ola biləcəklər.

Tədbirin keçirilməsində məqsəd Hindistan mədəni irsini Azərbaycanda tanıtmaq və iki ölkənin mədəniyyət sahəsində əlaqələrini inkişaf etdirməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə