Xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü Novruz bayramı özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirir. Novruz yeni gün, yeni həyat mənasını daşımaqla, həm də bir çox xalqların yeni ilidir. Çünki məhz Novruzda həyat yenidən canlanır, torpaq qış yuxusundan oyanır, bitkilər baş qaldırır, ağaclar çiçəklənir, günəşin istisi artır, gecə ilə gündüz bərabərləşir və beləliklə yeni həyat başlayır.

SİA-nın məlumatına görə, Azərbaycan Milli İncəsənət Muzeyində baharın gəlişi münasibətilə mart ayı boyunca uşaqlar üçün “Novruz gəlir, yaz gəlir” adlı xüsusi əyləncəli proqram təqdim olunacaq.

Proqramda muzeyin azyaşlı ziyarətçilərə Novruz adətlərindən bəhs ediləcək və onlar üçün müxtəlif ustad dərsləri keçiriləcək. Həmçinin Respublika İncəsənət Gimnaziyasının tələbələri xüsusi musiqili proqramla tədbirə xoş ovqat qatacaqlar. Həmçinin muzeyin “Azərbaycan İncəsənəti minilliklər boyunca” ekspozisiyasını izləmək imkanı qazanacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...