“Xocalı soyqırımını unutmayaq” FOTOLAR

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Cabbar Qaryağdıoğlu adına 9 nömrəli uşaq musiqi məktəbində “Xocalı soyqırımını unutmayaq” adlı anım mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə məktəbin rəhbərliyi, valideynlər, müəllim və şagird kollektivi iştirak ediblər.

Əvvəlcə Xocalı qurbanları bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbirin aparıcısı, nəzəriyyə şöbəsinin müəllimi Sevinc Zalova Xocalı soyqırımı haqqında ətraflı məlumat verərək ermənilərin yüz illər boyu Azərbaycan xalqına, millətinə divan tutduğunu və dünya dövlətlərinin daim buna göz yumduğunu, bunun ən acı və dəhşətli qətliamının da Xocalıda baş verdiyini vurğulayıb. Xalqımız bütün bu müsibətləri unutmamalı və mənfur düşmənlərimiz qarşısında daim dik dayanmalıdır. Azərbaycan xalqının öz doğma torpaqlarına qayıdacağına inanırıq. Dövlətimizin güclü siyasəti və iradəsi nəticəsində tezliklə işğal altında olan torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağı dalğalanacaq.

Tədbirboyu Xocalı faciəsi haqqinda şeirlər və musiqi nömrələri ifa olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...