Rəhman Rəhmanovdan yeni xəbər var VİDEO

Əməkdar artist Rəhman Rəhmanovdan yeni xəbər var. SİA-nın məlumatına görə, o, verilişlərin birinə telefonla bağlanaraq, yenidən əməliyyat olunacağını bildirib: "Əməliyyat olundum. İkinci əməliyyat gözlənilir. Vəziyyətim çətindir. Məni xəstəxanaya ağır vəziyyətdə gətiriblər. Reanimasiyada qaldım. Sabah ikinci dəfə əməliyyat olunmalıyam.

Onu da qeyd edim ki, sənə yoldaşlarım 5 gündür məni xəstəxanada ziyarət edirlər. Hər birinə təşəkkür edirəm".

O, haqqında dolaşan dedi-qodulara da aydınlıq gətirib: "Sosial şəbəkələrdə yazıblar ki, Rəhman pul yığır. Mənim heç nəyə ehtiyacım yoxdur. Çünki ailə dostlarım məni maddi baxımdan təmin edir. Ona görə də xahiş edirəm bu cür yalan xəbərlərə yol verməyək".

Bütün xəbərlər Facebook səhifəmizdə