Macarıstanda Azərbaycan Kinosu Günlərinə yekun vurulub

Macarıstanda Azərbaycan Kinosu Günləri başa çatıb.

Macarıstanın paytaxtındakı məşhur "Urania" kinoteatrında təşkil olunan kino günləri Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ölkəmizin Macarıstandakı səfirliyinin dəstəyi ilə keçirilib.

Azərbaycan filmləri Budapeştlə yanaşı, Peç və Seqed şəhərlərində də nümayiş etdirilib. Hər üç şəhərdə keçirilən kino nümayişləri çoxsaylı tamaşaçı tərəfindən izlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə