“Oriqami” adlı ustad dərsləri keçiriləcək

Fevralın 29-da Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə AXIN-ın üzvləri üçün “Oriqami” adlı ustad dərsləri keçiriləcək. SİA-nın məlumatına görə, “Oriqami” Yaponiyada kağızdan hazırlanan fiqurların incəsənətidir. Əsasən kvadratşəkilli kağız parçalarını kəsmədən və yapışdırıcı maddə istifadə etmədən, sadəcə qatlayaraq müxtəlif canlı və cansız fiqurlar düzəldilir.

Dərslər Azərbaycan Dillər Universitetinin yapon dili ixtisası üzrə tələbəsi Mehintac İbrahimova tərəfindən aparılacaq.

İştirak etmək istəyənlər AXIN kart nömrələri ilə birgə tədbirin adını resmqalereya@gmail.com adresinə göndərə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...