“Xocalı həftəsi”nə start verilib FOTOLAR

Şuşa Dövlət Musiqili Dram Teatrı Enurə Abdullayevanın “Əsgər papağı” tamaşası ilə “Xocalı həftəsi”nə start verib. SİA-nın məlumatına görə, ilk tamaşa Quzanlı qəsəbəsindəki Muğam Mərkəzində təqdim olunub. Tamaşanın quruluşçu rejissoru Sərdar Gözəlov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Mirvüqar Nəsirovdur. Teatrın baş rejissoru Əməkdar artist Loğman Kərimovdur.

Tamaşada erməni vandallarının Azərbaycanın dinc sakinlərinə qarşı törətdiyi qətliamdan bəhs edilir. Aktyorların məharətli çıxışı səhnə əsərini daha da baxımlı edib, tamaşa maraqla qarşılanıb.

"Əsgər papağı” tamaşası “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə Ağdamdan sonra Yevlax, Quba və Masallı rayonlarında da nümayiş olunacaq. “Xocalı həftəsi” fevralın 25-də Şuşa Dövlət Musiqili Dram Teatrında başa çatacaq

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...