Ağdamda “Xocalı həsrəti" adlı rəsm sərgisi açılıb FOTOLAR

Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağdam rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən sərgidə Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvləri Elnurə və Aygün İsgəndərovaların, həmçinin bir qrup peşəkar rəssamın seçilmiş işləri nümayiş olunub.

Nazirlikdən SİA-ya verilən xəbərə görə, gün ərzində davam edən sərgidə rayon icra hakimiyyətinin rəhbərliyi, ziyalılar, Dövlət Sosial İqtisad Kollecinin və Ağdam Musiqi Kollecinin müəllim və tələbələri iştirak ediblər.

Keçmiş döyüşçü Oruc Cabbarov gənclərə 28 il əvvəl şahidi olduğu dəhşətli hadisələrdən, Xocalı soyqırımı zamanı qətlə yetirilənlərin, yaralıların çıxarılmasında o zaman Ağdamda yaradılmış könüllülərdən ibarət dəstələrin rolundan danışıb. Rəssam Aygün İsgəndərova bildirib ki, Azərbaycanın haqq səsinin, Qarabağla bağlı həqiqətlərin dünyaya çatdırılmasında rəssamlar da öz töhfələrini verməyə çalışır. “Xocalı həsrəti" adlı rəsm sərgisi XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı həqiqətlərini gənc nəslə çatdırmaq, onların milli vətənpərvərlik ruhunu yüksəltmək məqsədilə təşkil edilib. Növbəti rəsm sərgiləri fevralın 26-dək Bakının rayonlarında təşkil ediləcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə