Xocalı soyqırımı ilə bağlı dəyirmi masa keçirilib FOTOLAR

Xocalı rayon Mədəniyyət evində Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar rayon Mədəniyyət evi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin işçilərinin iştirakı ilə dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq Xocalıda şəhid olanların fotosərgisinə, Xocalı haqqında yazılmış kitablara baxış keçirilib.

Dəyirmi masada Xocalı faciəsinin canlı şahidləri həmin hadisədən, ermənilərin törətdiyi vəhşiliklərdən danışılıb. Şükür Bəşirov çıxışında Xocalı faciəsinin səbəbini, onun ağır nəticələrini, faciə nəticəsində xalqımıza vurulan maddi və mənəvi zərərləri iştirakçılara çatdırıb.

Sonra Gülnaz Zeynalova Xocalı şəhəri haqqında ətraflı məlumat verdi. Daha sonra Nəfiqə Əliyeva, Kamil Əzimov da Xocalı Soyqırımı haqqında ürək ağrısı ilə danışdılar, şəhidlərə rəhmət, ailələrinə səbr arzulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə