Akademik Milli Dram Teatrının nümayəndə heyəti Polşada səfərdədirlər

Akademik Milli Dram Teatrının nümayəndə heyəti Polşada səfərdədirlər

Polşanın Bakıdakı səfirliyi ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının birgə həyata keçirəcəyi Avropa teatrları ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı arasında qarşılıqlı münasibətlərin və yaradıcı əməkdaşlığın qurulması məqsədinə xidmət edən yeni layihə hazırlanıb.

 

Layihənin birinci mərhələsi dünən Akademik Milli Dram Teatrının 4 nəfərdən ibarət nümayəndə heyətinin Polşaya yaradıcılıq səfəri ilə başlayıb. Bu barədə SİA-ya teatrın mətbuat xidmətinin rəhbəri Elçin Cəfərov məlumat verib.

 

Məlumata görə, Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov, Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov, Akademik Milli Dram Teatrının prodüseri Rəcəb Məmmədov və teatrın meneceri, layihənin əlaqələndiricisi Səbuhi Məmmədov daxildirlər.

 

Səfər çərçivəsində Akademik Milli Dram Teatrının nümayəndə heyətinin Polşanın Varşava və Krakov şəhərlərinin teatr həyatı ilə tanış olması, teatrların rəhbərləri ilə görüşlər, qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə