Bu gün İçərişəhərdəki "Kiçik Karvansara" tarixi abidəsində ("İncəsənət Bağı") Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunan "Nağıl qəhrəmanları rəssamların gözü ilə" mövzusunda rəsm və kitab sərgisi keçirilib. SİA-nın məlumatına görə, aprelin 7-dək davam edəcək sərgidə son 15 ildə "Tutu" nəşriyyatında çapdan çıxan uşaq kitabları və bu nəşrlərdəki rəsmlər nümayiş olunub.
Sərginin məqsədi cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə, kitab mədəniyyətinə, gənclərin və uşaqların tariximizə, mədəniyyətimizə məhəbbət ruhunda böyüməsi və maarifləndirilməsi istiqamətində dövlət siyasətinə töhfə verməkdir.
Məlumat üçün bildirək ki, sərgi Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə həyata keçirilib.
Qeyd edək ki, 2 aprel Beynəlxalq Uşaq Kitabı Günü kimi bütün dünyada qeyd olunur. Məşhur nağılçı Hans Kristian Andersenin doğum günü olan bu tarix 1967-ci ildən başlayaraq Uşaq Kitabları üzrə Beynəlxalq Şuranın təşəbbüsü və qərarı ilə Beynəlxalq Uşaq Kitabı Günü kimi qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB