“Azərbaycan Ritmləri” adlı konsertin təşkili üçün Qarabağ Fonduna təşəkkürnamə göndərilib

“Azərbaycan Ritmləri” adlı konsertin təşkili üçün Qarabağ Fonduna təşəkkürnamə göndərilib
Montqomeri şəhər şurasının sədri İsiah Legget Qarabağ Fonduna "Azərbaycan Ritmləri" adlı konsertin təşkili üçün təşəkkürnamə göndərib. Qarabağ Fondundan SİA-ya verilən xəbərə görə, məktubda İsiah Legget Azərbaycan və ABŞ arasında mədəni əlaqələrin güclənməsi, Azərbaycan mədəniyyətinin tanıdılması üçün göstərdiyi fəaliyyətə görə fondun idarə heyətinə və işçilərinə təşəkkürünü bildirib.

Qarabağ Fondunun təşəbbüsü ilə Vaşinqton, Maryland ştatının Montqomeri, Virginiya ştatının Arlinqton və Aleksandria şəhərlərində 2011-ci ilin mart ayının "Azərbaycan ayı" elan edilmişdi və bununla əlaqədar fonda müraciətnamələr göndərilib. 2011-ci ilin mart ayında Qarabağ Fondu iki konsert, üç universitetdə konfrans və iki ziyafət təşkil edib.

Qeyd edək ki, 24 mart tarixində Qarabağ Fondu Azərcell şirkətinin baş sponsorluğu ilə Vaşinqtonun nüfuzlu Linkoln Teatrında "Azərbaycan Ritmləri" adlı möhtəşəm konsert təşkil edib. 800 nəfər tamaşaçının iştirakı ilə iki saata yaxın davam konsert son bir neçə ildə Azərbaycan mədəniyyətinin tanıdılması üçün ABŞ-da təşkil olunmuş ən böyük tədbirlərdən biri idi.

Bütün xəbərlər Facebook səhifəmizdə