Yasamal rayonunda yerləşən 13 nömrəli tam orta məktəbin şagirdləri Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil ediblər. SİA-nın məlumatına görə, şagirdlər mərkəzin “Muzey” və “Kitabxana və İnformasiya Texnologiyaları” bölmələri ilə tanış olublar. Burada onlara mərkəzin bələdçiləri tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətlərini özündə əks etdirən eksponat, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verilib.
Ekskursiya şagirdlərdə xoş təəssürat yaradıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB