Kinostudiyada prodüser Arif Səfərovun 75 illiyi qeyd olunub

Kinostudiyada prodüser Arif Səfərovun 75 illiyi qeyd olunub

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kino veteranı, uzun illər burada icraçı prodüser vəzifəsində çalışmış Arif Səfərovun 75 illiyi qeyd olunub. SİA-nın məlumaına görə, tədbirdə kinostudiyanın direktoru, Əməkdar incəsənət xadimi, professor Cəmil Quliyev, Xalq rəssamı Rafiq Nəsirov, Əməkdar incəsənət xadimi Elxan Qasımov, prodüser Azər Quliyev və başqaları çıxış edərək yubilyarın Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən söhbət açıblar.

Qeyd edilib ki, Arif Səfərov 1969-cu ildən kinostudiyada fəaliyyətə başlayıb. “Qayınana”, “İstintaq”, “Qəribə adam”, “Qızıl uçurum”, “Bağlı qapı”, “Asif, Vasif, Ağasif”, “Musiqi müəllimi” və s. filmlərin icraçı prodüseri olub. Ümumilikdə, 30-dan artıq filmdə çalışan yubilyar son dövrdə istehsal edilən ekran əsərlərinə də öz töhfəsini verib, təcrübə və bacarığını əsirgəməyib.

Sonda çıxış edən Arif Səfərov ona göstərilən diqqət və qayğıya görə kinostudiyanın rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə