Bu gündən etibarən Şərqi Avropanın ən böyük moda həftələrindən biri sayılan "Rusiya Moda Həftəsi" öz işinə start verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Alman "Mersedes" firmasının dəstəyi ilə moda həftəsi Rusiyanın paytaxtı Moskvada gerçəkləşir.
Moda Həftəsində "2011-2012-ci illər" payız-Qış kolleksiyalarının sərgiləndiyi ilk açılış gününə məşhur Rus stilistləri ilə yanaşı bir çox xarici modelyerlər də qatılıb.
Açılış mərasimində maraqlı geyim dizaynları ilə nümayişə gələnlərin zövqünü oxşayan Zaitsev növbəti kolleksiyasını tamamilə şərq motivləri üzərində quracağını qeyd edib.
Məlumat üçün bildirək ki, aprelin 5-ə qədər davam edəcək Rusiya Moda Həftəsinə Belarusdan Yelena Tsokalenko, İspanyadan Karamelo, Diktons, Etiyem, Jota Ge, İtalyadan İceberg, Almaniyadan Laurel kimi məşhur moda evləri də qatılıb.
Qeyd edək ki, moda həftəsində Özbəkistan prezidentinin qızı da öz kolleksiyalarını modasevərlərə təqdim edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB