Gənclər Günü ilə əlaqədar Dövlət Teatr Muzeyində tədbir keçirilib FOTOLAR
2 Fevral – Gənclər Günü münasibətilə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Gənclər bu günümüz, gənclər sabahımız!” adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri muzeyin əməkdaşı Ü.Hacıyeva açaraq bu günün əhəmiyyəti barədə öz fikirlərini bölüşüb. Daha sonra tədbirə dəvət olunmuş gənclər öz istedadlarını nümayiş etdiriblər. Rəssam Aydın Rəhimovun qumla yaratdığı rəsmlər, gitara ifaçısı Həzrət Məmmədrzayevin ifasında musiqi nömrələri və kub şou, gənc boyakar Mənsumə Ələkbərovanın rəsm əsərləri auditoriya tərəfindən maraqla qarşılanıb.
Sonra fəal gənclər öz yaradıcılıq yolları və qazandıqları uğurlardan söhbət açmış, fəaliyyətlərinə həsr olunmuş slaydlar nümayiş etdiriblər.
Daha sonra “Azəri Qafqaz” rəqs qrupunun çıxışları tədbirə xüsusi maraq qatmış və tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Tədbirdə müxtəlif sahələrdə çalışan və təhsil alan gənclər, muzey əməkdaşları, media nümayəndələri iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB