Qarabağlı yeniyetmə ən yaxşı ifaçı oldu

Qarabağlı yeniyetmə ən yaxşı ifaçı oldu
Bu gün Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən "Hünər- VI" vətənpərvərlik mahnıları festivalının mükafatlandırma mərasimi keçirilib.

SIA-nın məlumatına görə, festivalda münsiflər seçdiyi 11 iştirakçı – Tural Süleymanov (Gəncə), Humay Babazadə (Sumqayıt), Mirnağı Hüseynov( Ağsu), Lalə Sultanlı( Bakı), Zümrüd Məmmədova (Bakı), "Avantaj" qrupu (Bakı), Nurlan Gülmalıyev (Bakı), Afaq Abbasov (Şirvan), Hürü Məmmədova(Ağcabədi), Məhəmməd Kərimov (Zaqatala), Orxan Nuşirəvanlı (Füzuli) vətənpərvərlik mahnıları ifa edib.

İştirakçılarla eyni səhnəni müğənnilər Samirə, "Şeron" qrupu, Sevda Yahyayeva, Amil, Gülay, Xatirə, Səfurə Əlizadə, Nadir Qafarzadə də öz ifaları ilə paylaşıblar.

Səhnədə mahnı oxuyan yeniyetmələr arasından üç nəfər - Orxan Nuşirəvanlı (1-ci yer), Məhəmməd Kərimov (2-ci yer), "Avantaj" (3-cü yer) qrupu qalib seçilib
.
Münsiflər heyətinin tərkibinə xalq artisti Nazpəri Dostəliyeva, əməkdar incəsənət xadimi Baba Vəziroğlu, bəstəkar Xanım İsmayılqızı, Mədəniyyət və Turizm nazirliyinin əməkdaşı, musiqişünas Lalə Hüseynova, Gənclər və idman nazirliyinin sektor müdiri Əli Məmmədov daxildir.

Qaliblərə diplom və hədiyyə mükafatı təqdim olunub, qalan iştirakçılara fərqlənmə diplomu paylanıb.

Festival Nazpəri Dostəliyevanın konserti ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə