Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimovun Avropa ölkələrinə səfəri başlayır. Bu barədə SİA-ya xalq artsitinin özü məlumat verib. O bildirib ki, növbəti səfər Belçika və Hollandiyaya nəzərdə tutulub. Onun sözlərinə görə, gələn ayın 1-dən 5-nə kimi davam edəcək səfər çərçivəsində muğam ifaçısı əvvəl Belçika, sonra isə Hollandiyada konsert proqramı ilə çıxış edəcək.
M.İbrahimov vurğulayıb ki, aprelin 1-də Belçikanın Antverpen şəhərində olacaq ilk konsertdən sonra növbəti üç konsert aprelin 2-də Hollandiyanın Utrext, 3 və 4-də isə Amsterdam şəhərində baş tutacaq. Konsertlərdə "Qarabağ triosu" adı altında çıxış edəcəklərini bildirən sənətkar qeyd edib ki, konsert zamanı onu tarzən Elçin Həmidov, kaman ifaçısı Elnur Əhmədov, balabanda Nizami Allahverdiyev, nağarada isə Kamran Kərimov müşayiət edəcək: "Hər üçümüz işğalda olan Ağdam, Füzuli və Zəngilan rayonlarındanıq. Buna görə də üçlük yaradaraq adını "Qarabağ" qoymuşuq. Son 1 ildə hansı ölkəyə səfər etsək, bu üçlüyün adını xüsusi vurğulayırıq. Bununla yanaşı, afişalarda da bu ad qeyd olunub".
Konsertlərin təşkilatçısı Hollandiyanın məşhur Troppen Teatrı olduğunu deyən M.İbrahimov vurğulayıb ki, təşkilatçılar tərəfindən də konsertə çox ciddi hazırlıq gedir. Onun sözlərinə görə, internet saytlarda məlumatlar, elanlar, afişalar, konsertlərin vaxtı və yeri barədə məlumatlar yerləşdirilib.
"Hər konsertdən öncə mənim haqqımda çəkilən 30 dəqiqəlik film nümayiş olunacaq. Fasilədən sonra isə konsert proqramı başlayacaq", - deyə o əlavə edib.
Qeyd edək ki, aprelin 4-də Azərbaycanın Hollandiyadakı Səfirliyinin təşkilatçılığı ilə görüş keçiriləcək. Görüşdə musiqiçilərimiz diplomatik korpusun nümayəndələri və azərbaycanlılar qarşısında xüsusi konsert proqramı nümayiş etdirəcəklər. Azərbaycan sənətçiləri aprelin 6-da Vətənə qayıdacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB