Bakıda Qara Qarayev adına IV Beynəlxalq Müasir Musiqi Festivalı keçiriləcək

Bakıda Qara Qarayev adına IV Beynəlxalq Müasir Musiqi Festivalı keçiriləcək

Aprelin 2-dən 8-dək Bakıda Qara Qarayev adına IV Beynəlxalq Müasir Musiqi Festivalı keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, festivalın çərçivəsində elmi konfrans, həmçinin dünyanın tanınmış musiqiçilərinin konsertləri təşkil olunacaq. Festivalın açılışı aprelin 2-də Azərbaycan Dövlət Filarmoniyasında olacaq. Festivalda Gürcüstan, Böyük Britaniya, Avstriya, Almaniya, Ukrayna, İsveçrə və digər ölkələr iştirak edəcəklər.

Tədbirlər Rüstəm Mustafayev adına Dövlət İncəsənət Muzeyi, Azərbaycan Dövlət Filarmoniyası, Dövlət Kamera və Orqan Musiqisi Zalı, Muzey Mərkəzi, Dövlət Gənc Tamaşaçılar Teatrı, Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Festivalın təntənəli bağlanış mərasimi aprelin 8-də Azərbaycan Dövlət Filarmoniyasında olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə