Aprel ayının 1-də Milli Azərbaycan Tarixi Muzeyində, eyni adlı muzeyin, "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin və Akşehir Foto İlgililəri Dərnəynini təşkilatçılığı ilə Bakı şəhərində "VI Beynəlxalq Türk İncəsənəti Sərgisi" təşkil ediləcək. Bu barədə SİA-ya "Miras" İctimai Birliyinin mətbuat xidmətindən məlumat verilib. Verilən məlumata görə, beynəlxalq sərgidə Azərbaycan və Türkiyənin incəsənət xadimlərinin müxtəlif janrlardan ibarət dəyərli sənət işləri nümayiş etdiriləcək.
Məlumat üçün bildirək ki, sərginin açılış mərasimindən sonra "Türk-islam incəsənəti və memarlığı" seminarı keçiriləcək.
Bundan başqa, tədbirdə Milli Azərbaycan Tarixi Muzeyi, MİRAS İctimai Birliyi və Aktiv Media Şirkətinin birgə hazırladığı, türk obalarının mənəvi mədəniyyətində axır çərşənbənin yerindən bəhs edən "Axtaçı obası: Tərəkəmə çərşənbəsi" filminin təqdimatı olacaq.
Qeyd edək ki, "VI Beynəlxalq Türk İncəsənəti Sərgisi" 3 aprelə qədər davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB