“Ucadan oxu” layihəsi çərçivəsində növbəti tədbir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasında “Ucadan oxu” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. SİA-nın məlumatına görə, kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Layihənin məqsədi azyaşlı uşaqları kitabxanalara cəlb etmək, mütaliə vərdişləri yaratmaqdır.

Tədbirdə 149 nömrəli tam orta məktəbin şagirdləri fəal iştirak ediblər.

Kitabxana əməkdaşları şagirdlərə ucadan oxumaq üçün müxtəlif maraqlı nağıl kitabları təqdim ediblər.

Sonda qeyd edilib ki, layihə davamlı olaraq keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə