Cəlil Məlikovla Oleq Mövsümov arasında görüş olub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikovla Bruklin-Bakı Dostluq Assosiasiyasının prezidenti Marietta Yusim Rozental Beynəlxalq Fondunun prezidenti Oleq Mövsümov arasında görüş olub.

İdarədən SİA-ya bildirilib ki, görüşdə əsas məqsəd mədəniyyətlərarası dialoqun genişləndirilməsi, Nyu-York şəhərində Azərbaycan mədəniyyətini təbliğ edən tədbirlərin keçirilməsi istiqamətində qarşılıqlı əməkdaşlıq aparılmasıdır.

Görüşdə danışıqların şəhərlərimiz arasında mədəni əlaqələrin möhkəmləndirilməsində yeni cığırların açılmasına və birgə müştərək layihələrin həyata keçirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə