“Biz Bakıdanıq” adlı estrada-simfonik orkestri və “R&D” yeni şirkəti yaradılıb
"Biz Bakıdanıq" adlı estrada-simfonik orkestri, eyni zamanda "R&D", yəni "Ramil və onun dostları" adlı yeni şirkət açılıb. SİA-nın məlumatına görə, bunu açıqlamasında şirkətin təsisçisi Ramil Qasımov bildirib.
O bildirib ki, bu şirkəti yaratmaqda əsas məqsəd Azərbaycanın ən istedadlı və ziyalı gənclərini bir yerə cəm etməklə vətənimizin onun hüdudlarından kənarda layiqli tanıdılmasıdır.
Bununla yanaşı, "Biz Bakıdanıq" adlı estrada-simfonik orkestrinin gələcək fəaliyyəti haqqında danışan R. Qasımov: "Məlumat üçün qeyd edim ki, artıq aprel ayında "Biz Bakıdanıq" estrada-simfonik orkestri ilə birgə Gəncədə "Səni tərənnüm edirəm, Azərbaycan!" adı altında konsert proqramı ilə çıxış edəcəyik. Gəncədən sonra bu proqramla Gürcüstanda da çıxış etmək niyyətimiz var".
Şirkətin həyata keçirdiyi digər layihələrdən də danışan R.Qasımovun sözlərinə görə, məqsədləri sırasında unudulmuş sənətkarların disklərini və kitablarını çap etdirmək də var. Məsələn, indiyə qədər Elxan Əhədzadə, Eldar Axundov, Oqtay Hacıyev və Rəşid Şəfəqin diskləri işıq üzü görüb.
İlin sonunda isə orkestrlə Moskvada, Yetenburqda və İranda çıxış etməyi də nəzərdə tutan Ramil Qasımov bildirib ki, bir də məqsədim budur ki, gələcəkdə "Koroğlu" operasını Böyük Teatrda, La-Skalada mənim ifamda təqdim olunsun.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB